Reklam

Reklam

“Facebook”un tabeliyində olan “İnstagram” sosial şəbəkəsi ötən aylarda istifadəyə verdiyi funksiya ilə narazılıqlara səbəb olmuşdu.

Yenicag.az xəbər verir ki, İnstagramın İOS yeniləməsi ilə “Direkt” hissəsində eynilə “WhatsApp”da olduğu kimi “son görünmə” funksiyası əlavə olunub. Xoşbəxtlikdən narazılıqların baş qaldıracağını əvvəcədən proqnozlaşdıran şəbəkə bu funksiyanı deaktiv etmək üçün də imkan yaradıb. Bir neçə addımda siz də “son görünmə”ni deaktiv edə bilərsiniz.

  • İnstagram tətbiqini açın
  • Sağ alt hissədə yerləşən profil seçiminə keçid edin
  • Profil səhifəsində sağ üstdə yerləşən ”…” simvoluna klikləyin
  • Azərbaycan türkcəsi olmadığına görə Türkiyə türkcəsindəki ”Hareket Durumunu Göster” seçimini bağlayın.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2647
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."