“Instagram”da yaxın zamanda gələcək YENİ FUNKSİYA

“Instagram” administrasiyası bu və ya digər istifadəçini dost siyahısından pozmadan müəyyən müddətlik ondan abunəliyi ləğv etmək funksiyasını test edir.

Yenicag.az bildirir ki, bu barədə “The Verge” saytı məlumat yayıb.

Bu funksiyanın istifadəçilər üçün nə zaman aktiv olunacağı hələlik bilinmir.

Sözügedən yeni funksiyadan əlavə olaraq “Instagram” həmçinin “Stories” paylaşımları üçün reaksiya funksiyasını da test edir. Bu funksiya sayəsində istifadəçilər qısa “Stories” paylaşımlarına qrafik emojilər (smaylik) vasitəsilə öz münasibətlərini bildirə biləcəklər.

Zaur H.