“İnstagram”da yeni FUNKSİYA

“Instagram” fotoservisi “Group Story” fuksiyasını test etməyə başlayıb.

Yenicag.az “The Next Web”ə istinadən xəbər verir ki, “Stories” paylaşımlarını istifadəçi tərəfindən seçilmiş abunəçilər görə biləcək.

Məşhur tərtibatçı olan Jane Manchun Wong sözügedən yeni funksiyanı “Instagram”ın beta versiyalarından birində aşkar edib.

Onun tərəfindən təqdim edilmiş fotodan da görmək olar ki, hansısa fotonu və ya videonu “story”də yerləşdirməmişdən öncə həmin paylaşımı görəcək istifadəçiləri seçmək olar: Bütün istifadəçilər, yaxın dostlar və ya ayrıca abunəçilər qrupuna daxil olan istifadəçilər. Bu cür qruplardan bir neçəsini yaratmaq mümkündür.

Sözügedən yeni funksiya müxtəlif maraqlar üzrə ayrılmış abunəçilərə sahib istifadəçilər üçün faydalı olacaq. Bu vasitə ilə həmin istifadəçilər konkret insanlara maraqlı olacaq “Stories” paylaşımlarını göstərə biləcəklər.

Qeyd edək ki, “Facebook”da da bu cür funksiya 2018-ci ilin dekabr ayında işə salınmışdı. Lakin keçən ay həmin funksiya “Facebook”da aradan qaldırıldı.