“Instagram” istifadəçilərin yaşını yoxlamaq üçün üç yeni funksiyanı sınaqdan keçirir.
Yenicag.az xəbər verir ki, Meta şirkəti istifadəçilərin yaşını yoxlamaq üçün şəxsiyyətini təsdiq edən sənədlərin onlayn yükləmək seçimlərindən əlavə video-selfi funksiyasını yoxlayır.
“Instagram” istifadəçilərin məxfiliyini təmin etmək üçün yaşın onlayn yoxlanılması üzrə ixtisaslaşmış Yoti şirkəti ilə əməkdaşlıq etdiyini bildirib. Yoti texnologiyası üz xüsusiyyətlərinə əsasən istifadəçinin yaşını təxmin edəcək. İnstagram bildirib ki, həm Meta, həm də Yoti yaş təsdiqləndikdən sonra istifadəçinin şəklini öz bazasından siləcək.
Üçüncü funksiya isə insanların istifadəçinin yaşını təsdiqləmək üçün üç qarşılıqlı izləyici seçməsidir və zəmanət verən şəxsin yaşı 18-dən çox olmalıdır.
“İstifadəçinin yeniyetmə olduğunu bildiyimiz zaman biz onlara öz yaşlarını təsdiq etmək üçün seçimlər təqdim edəcəyik. Bu, qeydiyyat zamanı yetkinlik yaşına çatmayan uşaqların sosial şəbəkələrə qoşulmasına, tanımadıqları böyüklər ilə arzuolunmaz əlaqənin yaranmasına mane olacaq və reklamçıların onlarla əlaqə saxlamaq imkanlarını məhdudlaşdıracaq”, – deyə Meta-nın məlumatların idarə edilməsi üzrə direktoru Erika Finkle bloq yazısında bildirib.