“Instagram”da yenidən problem yarandı

“Instagram” sosial şəbəkəsinin işində problem müşahidə olunub.

Yenicag.az xəbər verir ki, bu barədə məşhur internet resurslarda problemləri aşkarlayan “Downdetector” portalı xəbər verib.

Məlumata əsasən, problemlər dünən axşam saat 22:00-da başlayıb. “Instagram” istifadəçiləri qeyd ediblər ki, onlarda xəbərlər lenti yüklənmir.

Sosial şəbəkənin işindən daha çox ABŞ, Almaniya və Fransada yaşayan istifadəçilər şikayətləniblər./Trend/