“Instagram” sosial şəbəkəsi öz mesajlaşma proqramını hazırlayıb.
Yenicag.az xəbər verir ki, “Facebook” istifadəçiləri “Messenger”dən yararlandıqları kimi, “Instagram” istifadəçiləri də xüsusi mesajlaşma xidmətindən yararlana biləcəklər.
Əvvəllər bu sosial şəbəkə istifadəçiləri bir-biri ilə “Direct” servisi vasitəsilə bağlı yazışa bilirdilər. Yeni proqram da eyni adı daşıyacaq.
“Direct Instagram” proqramı dekabrın 7-dən etibarən test rejimində istifadəyə buraxılıb. Proqram “App Store”-da hələlik İsrail, Çili, İtaliya, Portuqaliya, Türkiyə və Uruqvay üçün əlçatandır. “Direct”dən yalnız “Instagram”ın qeydiyyatdan keçmiş istifadəçiləri yararlana bilir.
Köhnə yazışmaların da yeni “Direct”də yararlı olacağı bildirilir.