!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Instagram”dan möhtəşəm yenilik - FOTO  

!Reklam – Yazi

“İnstagram” birgə birbaşa yayım funksiyasını istifadəyə verib.

Yenicag.az xəbər verir ki, yeni funksiya yayıma digər istifadəçini əlavə etməyə, onu silməyə və ya əvəzləməyə imkan yaradır. Birgə efir zamanı da tamaşaçılar şərhlər yaza biləcəklər. Bundan başqa, yayım videosunu telefon yaddaşında saxlayaraq sonradan onu “Stories” bölməsi vasitəsilə paylaşmaq mümkün olacaq.

Bildirilir ki, birbaşa yayıma daha bir istifadəçini əlavə etmək üçün sağ aşağı küncdəki yeni piktoqramın üzərinə basaraq “Add” (“Əlavə et”) funksiyasını seçmək lazımdır. Yeni istifadəçi qoşulan zaman ekran hissələrə bölünməyə başlayacaq.

“iOS” və “Android” əməliyyat sistemli qurğular üçün “Instagram” əlavəsini “App Store” və “Google Play” mağazasından pulsuz yükləmək olar.

 

www.yenicag.az

3978
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv