Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"Instagram"dan mühüm YENİLİK

“Instagram” öz moderasiya siyasətinə bəzi dəyişikliklər əlavə edib.

Yenicag.az xəbər verir ki, bundan sonra bu sosial şəbəkə hansısa istifadəçi hesabının silinməsinə az qalmış həmin istifadəçi hesabının sahibini bu barədə xəbərdar edəcək.

İstifadəçiyə yönləndiriləcək bildirişdə sosial şəbəkənin sildiyi paylaşımlar, rəylər və Stories-lər əks olunacaq.

Bununla yanaşı “Instagram” onları nəyə görə sildiyini də qeyd edəcək. Məsələn “Instagram” öz qaydalarını pozan pornoqrafiya, qəzəbin artırılması, təhqir və s. tərz kontentləri silir. Bununla yanaşı “Instagram” istifadəçilərə sosial şəbəkənin qərarını həmin bildirişdə şikayət etmək imkanını da verəcək.

İlk öncə istifadəçilər yalnız bəzi tərz kontentlərə görə appelyasiya verə biləcəklər. Daha sonra sosial şəbəkə kontentlərin müxtəlifliyini genişləndirəcək. Əgər hansısa paylaşım səhvən silinibsə Instagram onu bərpa edəcək. Hal hazırda “Instagram” istifadəçi hesablarını düzgün olmayan kontentlərin müəyyən faiz göstərici üzrə paylaşılmasına görə silir. İndi isə şirkət müəyyən vaxt aralığında qaydaları pozmuş istifadəçi hesablarını da bloklamağı planlaşdırır.

www.yenicag.az

3958