Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Instagram”ın ən populyar ULDUZLARI

Dünyanın ən populyar sosial şəbəkələrindən biri olan “Instagram” getdikcə öz istifadəçilərinin sayını artırmaqdadır. Bu işdə onun ən sadiq köməkçisi isə, əlbəttə ki, burada öz paylaşımlarını edən məşhurlardır. Bəs görəsən, “Instagram” ulduzları arasında ən çox izləyicisi olan kimlərdir?

“HaberTürk”ün yaydığı xəbərə görə, 2021-ci ilin yanvar ayının məlumatları əsasında tərtib olunmuş “Instagram”ın ən populyar ulduzlarının siyahısına futbolçu Kriştianu Ronaldu başçılıq edir. Portuqaliyalının sosial şəbəkədə nə az, nə çox – düz 263 milyon izləyicisi var. Onu 222 milyon pərəstişkarı ilə birlikdə mügənni Ariana Qrande izləyir. “Instagram” ulduzlarının ilk üçlüyünü isə 218 milyon izləyici olan aktyor Dueyn Conson tamamlayır.

Bununla yanaşı, sosial şəbəkənin ən populyar ulduzlarının onluğunda Kayli Cenner (216 milyon izləyici), Selena Qomez (210 milyon izləyici), Leo Messi (184 milyon izləyici), Beyonse (165 milyon izləyici), Castin Biber (163 milyon izləyici) və Teylor Svift (147 milyon izləyici) kimi məşhurların adları var.

Loading...

www.yenicag.az

172