“İnstagram”ın işində problemlər yarandı

“İnstagram” sosial şəbəkəsinin işində problemlər bir neçə ölkədə qeydə alınıb.

Yenicag.az-ın məlumatına görə, bu barədə Downdetector xidməti xəbər verib.

Məlumata əsasən, şikayətlər ABŞ, Böyük Britaniya və Kanadadan gəlir.

Nasazlıqlar barədə məlumat verən istifadəçilərin 41 faizi xəbər lentinin yüklənməsindəki problemlərdən şikayətlənir, 40 faizi hekayə videoları ilə bağlı çətinlik çəkir, digər 19 faizinə isə sosial şəbəkədə paylaşım etmək çətinlik yaradıb.