“Instagram”ın işində qüsurlar yarandı

“Instagram” sosial şəbəkəsinin işində qüsurlar yaranıb.

Yenicag.az-ın məlumatına görə, saytın işi ilə bağlı şikayətlər əsasən ABŞ, Böyük Britaniya və Almaniyadan daxil olur.

Qeyd olunur ki, ABŞ ərazisində istifadəçilər mobil tətbiqin işindən şikayət edir. Aımaniyada isə “Instagram”ın xəbər lentinin baxışı zamanı problemlər yaranır.

Eyni zamanda, Kanada, İtaliya, Fransa və Rusiyadan “Instagram”ın işi ilə bağlı şikayətlər qeydə alınıb.