!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İnstaqramda iki yeni funksiya

!Reklam – Yazi

İnstaqram hekayə (story) funksiyasına yenliklər edib.

Yenicag.az-ın “Technote”yə istinadən məlumatına görə, artıq İnstaqram hekayələrinə reklam veriləcək və məzmunların statistikaları görünəcək.

İnstaqram artıq hekayələrdə də reklam göstərəcək. Hekayələrdən link almaq və birbaşa mesaj üzərindən firmalarla əlaqə qurmaqdan başqa, şirkətlərə nümayişdən əlavə imkanlar təklif ediləcək.

Qeyd edilir ki, İnstaqramdan istifadə edən insanların 70%-i hansısa şirkəti izləyir və platformada ən çox izlənilən hekayələrin üçdə biri də məhz şirkətlərin paylaşdığı hekayələrdir. Hekayələrin təxminən 70%-i səsli videolardan, 25%-i “Boomerang” videolarından, sadəcə 5%-i isə şəkillərdən ibarətdir.

Buna görə də İnstaqram “Facebook” üçün olduqca ciddi bir reklam qapısıdır.

Yeni istifadəyə verilən “Hekayə Statistikaları” vasitəsilə isə şirkət profilləri hər hekayə üçün statistik məlumatları görə biləcəklər. Bu statistikaları görüntüləyərək, hədəf kütlələrinə daha uyğun, onlar üçün daha mənalı məzmunlar yarada biləcəklər.

İnstaqram rəhbərliyindən Emi Koul mövzu ilə bağlı olaraq bunları dedi:

“Son beş ayda insanların həqiqətən şirkətlərin hekayələrinə maraq göstərdiklərini müşahidə etdik; belə ki, ən çox izlənilən hekayələrdən 3-də 1-i, şirkətlərin hekayələrindən ibarətdir. Bugündən etibarən şirkətlər İnstaqram Hekayələrində reklamları istifadə edə biləcək. İrəlidəki aylarda bütün şirkətlər üçün aktiv olacaq bu yeni reklam formatına şirkətlərin necə reaksiya verəcəklərini görmək üçün həyəcanlanırıq”.

 

Yenicag.az

www.yenicag.az

738
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv