!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İnsult keçirən aktyorun vəziyyəti ağırlaşdı

!Reklam – Yazi

 

memmedzeynalovyeniddXalq artisti, mərhum sənətkar Eldəniz Zeynalovun oğlu, aktyor Məmməd Zeynalovun vəziyyəti çox ağırlaşıb.

Bu barədə AzNews.az-a bacısı Gülbəniz Zeynalova məlumat verib. O, aktyorun böyrək çatışmazlığından əziyyət çəkdiyini vuğulayıb: “Serial çəkilişinə gedirmiş. Təzyiqi qalxıb, elə küçədə yıxılıb. Qonşular görüb, həkim çağırıb. Hazırda 1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsindədir. Həkimlər beyin qan sızması diaqnozu qoyublar. Onun böyrəkləri uzun zamandır xəstədir. Böyrək çatışmazlığı var, mütəmadi olaraq müalicə olunur”.

G.Zeynalova ailənin maddi vəziyyətinin üzdə olduğunu qeyd edib: “Xəstəxanada lazım olan dərmanları verirlər. Amma ağır xəstədir, narahat oluruq ki, birdən sağalması üçün bahalı dərmanlar lazım olar. Biz isə kasıb bir ailəyik. Almağa gücümüz çatmayacaq”.

Qeyd edək ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru Məmməd Zeynalov insult keçirib.

www.yenicag.az

476
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv