“İnter” – “Mladost” matçını hansı telekanal yayımlayacaq?

UEFA Avropa Liqasının I təsnifat mərhələsində Azərbaycanı təmsil edən “İnter”lə Serbiyanın “Mladost” klubunun ev oyunu canlı yayımlanacaq.

Yenicag.az xəbər verir ki, iyulun 6-da keçiriləcək qarşılaşma “CBC Sport” kanalı vasitəsilə nümayiş olunacaq. Görüş saat 21:00-da başlayacaq.

Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsinin “İnter”lə “Mladost” arasında ilk oyununda paytaxt təmsilçisi 3:0 hesabı ilə qalib gəlmişdi.

Yenicag.az