“İnter” – “Qəbələ” oyununun vaxtı açıqlandı

Azərbaycan Premyer Liqasının XXI turunda keçiriləcək “İnter” – “Qəbələ” oyununun vaxtı bəlli olub.

Yeniçağ.az-ın paytaxt klubunun saytına istinadən yaydığı xəbərə görə, martın 4-də “İnter Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Qeyd edək ki, “Qəbələ” 43 xalla liderdi. “İnter” isə 36 xalla 3-cü pillədə qərarlaşıb.

Yeniçağ.az