“İnter”də Svanadzenin taleyinə aydınlıq gəldi

Bakının “İnter” klubunda baş məşqçisi Zaur Svanadzenin taleyinə aydınlıq gəlib.

Yenicag.az xəbər verir ki, sabiq “bankirlər” gürcü çalışdırıcı ilə müqavilənin müddətini yeniləyib.

Klubdan əldə etdiyimiz məlumata görə, təcrübəli müətəxəssislə mövsümün sonuna kimi sözləşmə imzalanıb.

Qeyd edək ki, Svanadze 2015-ci ildən “İnter”in baş məşqçisidir.

Yenicag.az