Futbol üzrə Azərbaycan Premyer Liqasının maliyyə baxımından ən acınacaqlı durumda olan klubu “İnter”də vəziyyət düzəlmək bilmir ki, bilmir.
Yenicag.az xəbər verir ki, paytaxt klubu Zaur Axundova tapşırıldıqdan sonra bu baxımdan müsbətə doğru irəliləyiş olması gözlənilsə də, ehtimallar özünü doğrultmadı. Əldə etdiyimiz məlumata görə, komandanın elə də geniş olmayan heyətində yer alan futbolçular əvvəlki dövrlərdə olduğu kimi, yenə maaş üzünə həsrətdirlər. Artıq iki aydı maaşlar verilirmir. Rəhbərlik futbolçulara pullarının ödəniləcəyini desə də, ortada heç nə yoxdu. Komanda üzvlərinə iyul və avqustun maaşları ödənilməyib.