Bakıda internat məktəbindən oğurluq edilib.
Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi və Rayon Mühafizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində fevralın 8-də Əmircan qəsəbəsindəki internat məktəbindən 20 ədəd pəncərə çərçivəsi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Qiladov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.