!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İnternet istifadəçilərini izləyən gizli layihə ifşa olundu – VİDEO

!Reklam – Yazi

hqdefault5-300x225ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden Böyük Britaniyanın xüsusi xidmətləri haqqında yeni məlumatlar yayıb.

Dərc olunan sənədlərdə Böyük Britaniyanın Hökumət Əlaqələri Mərkəzinin 2009-cu ildə internet istifadəçilərinin məlumatlarının təhlili üçün “Karma Police” kod adlı məxfi proqram həyata keçirdiyi qeyd olunur.

Bütün dünyada internet istifadəçilərinin izlənməsini ehtiva edən bu proqram çərçivəsində insanların şəbəkə maraqları, ziyarət etdikləri saytlar və radiostansiyalar, eləcə də sosial şəbəkədəki fəaliyyətləri və axtarış sorğuları analiz edilir. Bu məlumatlar bir növ “şəxsi iş” kimi təhlil olunur və istifadəçinin fəaliyyətində şübhəli məqamlar araşdırılır(azpolitika).

 

www.yenicag.az

853
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv