!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İnternet mağazaları da vergi ödəyəcək

!Reklam – Yazi

Vyetnamda internet mağazaları vergi ödəməyə məcbur ediləcək.

Yenicag.az xəbər verir ki, ölkənin Vergi Departamentinin məlumatına görə, müəssisələrin öz öhdəliklərini yerinə yetirməsinə şərait yaradan bu cür yığım ədalətli biznes mühitinin yaranmasına yardım edə bilər.

Keçən il Vyetnamın vergi orqanları, “Facebook” da daxil olmaqla, 14 min 500-dən çox internet mağaza ilə əlaqə yaradıb, sosial şəbəkələr vasitəsilə fəaliyyət göstərən şirkətlərdən vergiləri ödəməyi tələb edib. Lakin vergi ödəyənlərin sayı gözlənilən səviyyəyə çatmayaraq, cəmi 4 minə yaxın olub. “Facebook”dakı hesab sahiblərinin əksəriyyəti gəlirlərini bəyan etmək və ya vergi ödəmək istəmir, onlayn ticarətə isə mövsümi və ya yarımçıq iş kimi yanaşır. Hətta iri satış qurumları belə, vergidən yayınmağın əyri yollarını axtarır.

Vergi orqanlarının məlumatına əsasən, hesab sahibləri vergidən yayınmaq üçün müxtəlif üsullara əl atır. Ən geniş yayılmış fəndlər sırasında nağd hesablaşmalarla aparılan əməliyyatlara geniş yer verilməsi, bir neçə satış səhifəsinin yaradılması, ünvanın dəyişdirilməsi, eləcə də dəqiq satış elanından və ya satış qiymətlərinin göstərilməsindən imtina olunması üstünlük təşkil edir./Azərtac/

www.yenicag.az

682
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv