İnternet medianın PAYIZ sürprizləri…

imagesYeni mövsümdə hər sektorda yeniliklər olduğu kimi mətbuat sahəsində bir çox gözləntilər olur. Sentyabr ayından başlayaraq media çalışanları artıq fərqli ampulada özlərini sınamağa, daha geniş əhatədə fəaliyyət göstərməyə çalışırlar. Əsasən bunu gündəlik olaraq yenilənən xəbər saytlarında görmək olar. Hazırda oxucular bu xəbər saytlarının yeni mövsümdə hansı sürprizlərlə edəcəyini səbrsizliklə gözləyirlər.

Yenicag.az saytı olaraq media kapitanları arasında yeni mövsümdə hər hansı bir yenilik edib-etməyəcəkləri ilə bağlı sorğu apardıq və olduqca maraqlı cavablar aldıq.

10599500_793696584022683_7841238483706517177_nNiyaz Niftiyev, Azadinform.az: “Biz 16 ildir həm informasiya istehsalı, həm də yayımı ilə bağlı fərqli sistemdə işləyirik. Yəqin ki, bu fəaliyyət sentyabr ayından sonra da eyni qayda ilə davam edəcək. Əlbəttə, təkcə xəbər istehsalı və yayımı deyil, araşdırmalar, müsahibələr və analitik yazılarla da müntəzəm olaraq çıxış edirik. Bu daha çox mövsümi xarakter daşıyır. Məsələn, hazırda daha çox məktəb-təhsil və bu sahəyə uyğun araşdırmalar hazırlayırıq. Mətbuatın 140 illiyi ərəfəsində “Həmkar” rubrikası ilə media cameəsində dəsti-xətti olan həmkarlarımızla müsahibələrə başlamışıq. Sentyabr ayından başlayaraq parlament seçkiləri ilə bağlı yeni rubrika yaradacağıq. Adətən hər rubrikanın ömrü 1 ildən çox olmur. Bu vaxta yaxınlaşan rubrikalarımızda da dəyişiklik etmək niyyətindəyik. Bu kollektivin qərarıdır, dah maraqlı ideyalar olacağı təqdirdə mütləq dəyişikliyə gedəcəyik”.

11705112_10205516009752826_1071096254685250895_nMəmməd Gülməmmədov, Ölkə.az: “Sentyabr ayı bizim üçün yeni iş mövsümü deməkdir. Bu il həm də parlament seçkiləri ilidir. Bu isə xəbərçiliklə məşğul olan insanlar üçün daha çox xəbər, daha çox işləmək deməkdir. Yeni rubrikalar da elə yəqin ki, seçkilərlə bağlı olacaq. Həm də Qarabağ münaqişəsi ilə bağlı xəbərlərə, araşdırma yazılara daha çox yer verməyi planlaşdırırıq”.

 

 

 

10646947_725619000843806_594011552869056043_nAzər Qaramanlı, Pia.az: “Bütün saytlar seçkilərə kökləndiyi kimi, bizdə də hazırda seçkilər bir nömrəli məsələdir. Başqa ciddi bir planımız yoxdur. Gündəlik işlərimizlə məşğuluq”.

 

 

 

11831685_10204672327027716_7484321890525685384_nSəbuhi Abbasov, 7News.az : “Biz təxminən 2-3 gün ərzində yeni dizaynla oxucularımızın qarşısına çıxacağıq. Seçki 2015, 7News.az-dan ÖZƏL rubrikaları və eyni zamanda videosorğularımız saytımızın yeniliklərindən olacaq. Bundan başqa yeni sorğular da həyata keçirəcəyik. Hesab edirəm ki, oxunaqlı sayt kimi daim yeniliklər etmək məcburiyyətindəyik.

 

Azər Niftip0yWVD4vIJjSyev, Aktual.az: “Hələ sovetlər dönəmindən sentyabr ayı fəaliyyətə yeniliklər gətirən ay olub. Yay tətilinin başa çatması, insanların yenidən iş başına dönməsi ilə xarakterik olub sentyabr. İstər xəbər portallarının, istərsə də oxucuların aktivləşdiyi bir ay – sentyabrla bağlı bizim də çoxlu planlarımız var. Saytı aktivləşdirmək, daha artıq oxucu kütləsi cəlb etmək niyyətindəyik”

11694822_726293897482866_5147128442339646892_n

Azad Əliyev, Baku.vvs: “Bizim BAKU.WS Azərbaycan bölməsi sentyabr ayından tam gücü ilə fəaliyətə başlayacaq.Maraqlı video reportajlar,oxucular üçün araşdırma yazılar, fotoreportajlar olacaq. Məqsəd BAKU.WS-i sentyabrda yeni mövsümdə Azərbaycanın tanınmış saytları sırasına çıxartmaqdır. Bunun üçün özümüzdə o gücü görürük. Məqsədimizə çatmaq üçün tam gücümüzlə işləyəcəyik.

 

11923320_950657584996100_1342098788_nAqil Ələsgər, Yenicag.az: “Həm ölkə daxilində, həm də xariclə bağlı bir sıra poryektlərimiz var. Bildiyiniz kimi, Yenicag.az bir neçə ildir ki, Azərbaycanın xaricdə təbliğatında ən az QHT-lər qədər iştirak edir. Bu sezonda da həm bu yöndə, həm də yaradıcılıqla bağlı ciddi planlarımız var”.

 

Kamran Ədalət

Yenicag.az