İnternet problemlərinə görə PUA-lar insanların başına töküldü – ANBAAN VİDEO

Çinin Çjençjou şəhərində böyük ticarət mərkəzinin qarşısında pilotsuz uçuş aparatları ilə işıq şousu nümayiş etdirilən zaman dronlar insanların, ağacların və avtomobillərin üzərinə düşüb.

Çin rəsmilərini bildirdiyinə görə, hadisəyə texniki nasazlıq səbəb olub və pilotsuz uçuş aparatları heç kimə xəsarət yetirməyib.

İnsidentin həmçinin qlobal internet resurslarında yaranan problemlə əlaqədar olduğu istisna edilmir.