İnternet qiymətləri artıb, sürət dəyişməyib – SƏBƏBLƏR

“İnternetlə bağlı məsələlərin hələ də cəmiyyətdə geniş şəkildə müzakirə olunduğunu müşahidə etmək mümkündür.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev deyib.

Ekspert Azərbaycanda internet qiymətlərinin qalxmasına baxmayaraq, hələ də köhnə tariflə internet xidməti təklif edən şirkətlərdən, habelə mövcud olan problemlərdən söz açıb.

Onun sözlərinə görə, bəzi provayderler 100 Mb/s tarifinə uyğun olaraq yeni tariflə ödəniş tələb edib, həmin sürəti verməyə çalışsalar da, bir qismi əvvəlki tarifə uyğun interneti xidmətini verməyə davam edirlər:

“Təbii ki, ortada müəyyən texniki problemlər də mövcuddur. Evlərdə olan ruter avadanlıqlarının sazlanması, eyni zamanda, işlətdiyimiz mobil avadanlığın ruterə məsafəsi sürət dəyişkənliyinə səbəb ola bilər. Ona görə də, ilk növbədə, istifadəçilər öz avadanlıqlarında olan problemi aradan qaldırsalar, daha yaxşı olar. Ondan sonrakı mərhələdə isə öz problemlərinə görə xidmət aldıqları internet provayderinə və ya problem həllini tapmazsa, əlaqədar dövlət qurumu olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti müraciət edə bilərlər. Doğrudur, sözügedən qurum avqustun 14-də məlumat yaydı və bununla bağlı araşdırmaların getdiyi bildirdi. Ümid edirik ki, məsələlər tam formada öz həllini tapacaq”.

Rafi Müslümov

COP29