Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

İnternet resursları bloklanacaq

11ff400Türkiyə hökuməti tərəfindən internet resurslarının bloklanmasına icazə verən qanun layihəsi qəbul olunduqdan sonra internetdə məhkəmənin ilkin qərarı olmadan müəyyən resurslara çıxışın bağlanması mümkün ola bilər.
Hazırda qanun layihəsi hazırlanma mərhələsindədir. Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Lütfi Əlvanın sözlərinə görə, bu, ictimai təhlükəsizliyin qorunması və milli təhlükəsizlik baxımından edilir. Məsələn, internetdə dərc edilən materiallardan narazı olan baş nazir və ya nazirlərin tələbi ilə 24 saat ərzində məhkəməyə sorğu ilə müraciət edilərək orada işə baxılacaq və son qərar veriləcək.
Nazir əlavə edib ki, provayderlər tərəfindən məhkəmə qərarı icra edilməsə – adı qeyd olunan internet resurslarına çıxış bağlanmasa və ya oradan müəyyən şərhlər silinməsə, onlar 500 min Türkiyə lirəsi (210 min dollar) məbləğində cərimə olunacaqlar.

(azadinform.az)

www.yenicag.az

282