İnternetdə danışdığı qadının əri tərəfindən zorlandı

Türkiyənin Hatay vilayətində qəribə hadisə baş verib.

Yenicag.az xəbər verir ki, 34 yaşlı F.A adlı şəxs sosial şəbəkə vasitəsi ilə tanış olaraq 1 il münasibətdə olduğu 27 yaşlı qadının əri tərəfindən zorlandığını iddia edib.

Təcavüzə məruz qaldıqdan sonra qadının əri ona zorla əks cinsin nümayəndəsinin alt paltarlarını geyindərək fotolarını çəkib.

Qeyd edək ki, F.A adlı şəxs 27 yaşlı E.D adlı qadınla 4 il əvvəl tanış olub. O, 3 il sosial şəbəkə vasitəsi ilə danışdıqdan sonra qadının təklifi ilə Qaziantepə yollanıb.

Ancaq kişi ona verilən ünvana gəldikdə əri və onun iki dostu tərəfindən qarşılanıb. Silah gücü ilə maşına əyləşdirilən F.A kimsəsiz əraziyə aparılıb.

“Qadınla Qaziantepdə görüşdük, “arxamca gəl” dedi. Mən də onun arxasınca gedəndə küçədə əlində şiş, bıçaq və silah olan şəxslər qarşımı kəsdi. Məni zorla maşına mindirdilər. Boş əraziyə aparıb, qadının əri məni zorladı. Daha sonra isə mənə qadın alt paltarları geyindirib şəkilimi çəkdi, telefonumu və pulumu əlimdən aldı. Ardınca şəkilləri sosial şəbəkə vasitəsi ilə dostuma göndərdilər”, deyə, zərərçəkmiş şəxs açıqlamasında qeyd edib.

F.A. hadisə ilə bağlı prokurorluğa şikayət verib.

COP29