İnternetdə qızla tanış oldu, Dubaya qaçmaq istədi

dubayyyBakıda itkin düşən 25 yaşlı oğlan bir neçə gün sonra tapılıb.

Nərimanov rayon sakini, A.Gəraybəyli küçəsində yaşayan 1990-cı il təvəllüdlü Emil Bəşirovun itkin düşməsi barədə ailəsi hüquq-mühafizə orqanlarına məlumat verib.

Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsinə 25 yaşlı gənc tapılıb. Müəyyən edilib ki, bir neçə gün ailəsi ilə əlaqə saxlayaman oğlan Dubaya getmək niyyətində imiş. Ailəsi bildirib ki, E.Bəşirov internet vasitəsilə tanış olduğu qızla görüşmək üçün Dubaya getməyə hazırlaşırmış(Qafqazinfo).