Bu ilin 6 ayı ərzində İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq 52 nəfər barəsində axtarış elan edilib.
Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən Yenicag.az-a verilən məlumata görə, bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 29 şəxsin yeri müəyyən olunub.
Bütövlükdə, axtarış işinin nəticələri 2 faiz yaxşılaşaraq 57,4 faiz təşkil edib.