İnterpol axtarışdan imtina etdi

59039 (1)İnterpol Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçi axtarışa verməkdən imtina edib.

Bu haqda mətbuat konfransında Ukrayna baş prokuroru Vitali Yarema bəyanat verib.

“Yanukoviç də başda olmaqla 7 nəfərin İnterpol tərəfindən axtarışı dayandırılıb”, – Yarema bildirib.

Qeyd edək ki, Ukrayna Baş Prokurorluğu keçmiş prezident Viktor Yanukoviç və onun yaxınlarına qarşı 30-dan çox cinayət işi açdığını bildirmişdi.

Yanukoviç Ukraynada kütləvi etiraz aksiyaları nəticəsində devrilib. O, kütləvi qətllərdə ittiham olunur.

(anspress.com)