İnterpol azərbaycanlı qadını axtarışa verdi

İnterpol azərbaycanlı qadını beynəlxalq axtarışa verib.

Yenicag.az xəbər verir ki, 1986-cı ildə Bakıda anadan olan Alina Balaqadaşova qanunsuz silahlı birləşmələrə qoşulmaqda təqsirli bilinir.

A.Balaqadaşova Rusiya hüquq-mühafizə orqanları tərəfindən qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilərək barəsində cinayət işi başlanıb. Lakin azərbaycanlı qadın istintaqdan yayındığından barəsində dövlətlərarası axtarış elan edilib.