İnterpol daha bir azərbaycanlını axtarışa verdi

İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib.

Trend-in məlumatına görə, 1966-cı ildə Sumqayıt şəhərində anadan olmuş Mürsəlov Müşvid Daşdəmir oğlu soyğunçuluqda təqsirləndirilir.

M.Mürsəlov barəsində Azərbaycanın məhkəmə orqanı tərəfindən həbs-qətimkan tədbiri seçilib və istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib. M.Mürsəlov həmin qərar əsasında İnterpol vasitəsilə beynəlxalq axtarışa verilib.

Yeniçağ.az