Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

İnterpol FETÖ-nü müdafiə edir? - Türkiyəyə qadağa

Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol), FETÖ-nun 15 iyul çevriliş cəhdindən sonra Türkiyədə axtarışda olan şəxslərlə bağlı verilən məlumat bazasına girişi dayandırıb.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis idarəsi çevriliş cəhdindən sonra 60 min qaçaq FETÖ-çu ilə bağlı İnterpola məlumat verib. Ancaq İnterpol sayın çox olmasını əsas göstərərək, bu məsələdə “etibar problemi” olduğunu bildirib və Türkiyənin tələbini təxirə salıb. Beləliklə, FETÖ fərariləri başda Avropa və ABŞ olmaqla bir çox ölkələrdə rahatlıqla yaşamaq imkanı əldə etdi. Çünki FETÖ terror təşkilatına mənsub şəxslər saxlanılmadan ölkə xaricinə çıxırsa, onda mövcud pasportu ilə başqa ölkələrdə də yaşaya bilir. Çünki sistemdə adının qarşısında heç bir xəbərdarlıq göstərilmir.

Ölkələrin axtarışa verdiyi şəxslərə aid pasport məlumatları bazası İnterpol GBT-si olaraq tanınır. Bu bazada qeydiyyatda olan pasport nömrəsi dünyanın istənilən yerində sistemə keçdiyi anda İnterpola məlumat gedir və fərarilərin nəzarət altına alınması üçün tədbirlər görülür. Ancaq İnterpolun qərarı ilə FETÖ-çuların adlarının mövcud olduğu bazaya giriş dayandırılıb. Türkiyə təxminən bir ildir ki, sözügedən qərarı dəyişdirmək üçün əlindən gələni edir. Türkiyə bu adların təsadüfi şəkildə siyahıya düşmədiyini, məhkəmə tərəfindən axtarışa verildiyini bir neçə də İnterpola çatdırıb.

Bu şəxslərin içində FETÖ-çu prokurorlar- Zekeriya Öz, Fikrət Seçen, Celal Kara kimi hüquq-mühafizə işçiləri də var. Çoxlu sayda FETÖ-çu jurnalist, polis və yüksək vəzifəli məmurlar da başda olmaqla az qala bütün dünyada sərbəst, firavan həyat sürürlər. Həmçinin, terror təşkilatının bir çox üzvü bu ölkələrə sığınacaq üçün müraciət edib və tələbləri qəbul edilib.

Yenicag.az

www.yenicag.az

419
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM