Bakıda həbsxanada qadın məhkum ölüb.
Yenicag.az xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.
Orada saxlanılan Namazqızı Sahibə Lətif qızı vəfat edib. Onun xəstəlikdən öldüyü bildirilir.
Qeyd edək ki, Sahibə Namazqızı 2009-cu ildən İnterpol xətti ilə axtarışda olub. O, 2016-cı ildə tutularaq Azərbaycana gətirilib və mühakimə olunub