İnterpol Lənkəranskinin axtarışını dayandırdı

dd1d33d68d6cbfe35dc5d73593475c36İnterpol bir müddət əvvəl İstanbulda qətlə yetirilmiş tanınmış azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin (Lənkəranski) axtarışını dayandırıb.

Qurumun saytında “qırmızı xətt”lə axtarışa verilmiş şəxslərin arasında olan Lənkəranskinin anketi artıq silinib.

Qeyd edək ki, Rövşən Lənkəranskini İtaliya hüquq-mühafizə orqanları axtarışa vermişdi. O, bu ilin yayında İstanbulda öldürülüb.(lent)