İnterpol terrorçuluqda təqsirləndirilən azərbaycanlı qadını axtarışa verdi

İnterpol azərbaycanlı qadın barədə axtarış elan edib.

Yenicag.az-ın məlumatına görə, 1989-cu ildə Bakıda anadan olan Elvira Mirzəxanova terror təşkilatının fəaliyyətində iştirakda təqsirləndirilir.

Rusiya vətəndaşı olan azərbaycanlı qadın barədə cinayət işi başlansa da, o istintaqdan yayınıb.

Məhkəmə qərarı ilə E.Mirzəxanova barəsində həbs qətimkan tədbiri seçilib.

İnterpol həmin qərar əsasında axtarış elan edib.

COP29