“İnterpol” xətti ilə axtarılan azərbaycanlı Almaniyada tutuldu

Azərbaycan dövlətinin “İnterpol” xətti ilə beynəlxalq axtarışa verdiyi şəxs saxlanılıb.

Yenicag.az xəbər verir ki, 1971-ci il təvəllüdlü Azər Hüseynov Almaniyada bu ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

Onun Azərbaycana ekstradisiya ediləcəyi gözlənilir.

A.Hüseynov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilmişdi.

COP29