“İnterpol” xətti ilə axtarışda olan azərbaycanlı saxlanıldı

Beynəlxalq axtarışda olan 44 yaşlı Cəlal Bayramov Bakıda tutulub.

Yenicag.az xəbər verir ki, “İnterpol” xətti ilə Türkmənistan Cinayət Məcəlləsinin 218.3-cü (saxta sənəd hazırlama) və 237.4-cü (cinayət yolu ilə əldə edilən əmlakı satma) maddələri ilə beynəlxalq axtarışda olan C.Bayramov Azərbaycana gələn zaman Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılıb.

Fakt üzrə araşdırma aparılır.

COP29