“İnterpol”un axtardığı Azərbaycan vətəndaşı Gürcüstanda yaxalandı

Gürcüstanın Samtsxe-Cavaxeti rayonunda 1989-cu il təvəllüdlü Azərbaycan vətəndaşı saxlanılıb.

Yenicag.az APA –ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

“İnterpol”un axtarış siyahısında yer alan, 2016-ci ildə sui-qəsd cəhdində şübhəli sayılan 1989-cu il təvəllüdlü T. C. Samtsxe-Cavaxeti Polis Departamentinin Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti ilə birgə həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Məlumatnda hazırda ekstradisiya prosedurlarının başladıldığı qeyd olunub.