İnterpolun axtardığı azərbaycanlı qadın Türkiyədə saxlanıldı

“İnterpol” xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı Türkiyədə saxlanılıb.

Yenicag.az Report-a istinadən xəbər verir ki, dələduzluq törətməkdə təqsirləndirilən Samirə Ələkbərovanın Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür.

Qeyd edək ki, Səbail Rayon Polis İdarəsi tərəfindən 1977-ci il təvəllüdlü Ələkbərova Samirə Ramiq qızı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə axtarış elan edilmişdi.

COP29