“İnterpol”un axtardığı azərbaycanlı Türkiyədə tutuldu

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Türkiyə Respublikasında saxlanılıb.

DİN-in Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışda olan Haldun Hacıyev Türkiyə Respublikasında saxlanılıb və ekstradisiya edilib.

COP29