!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"İnterpol"un axtarışında olan 1344 nəfər sərhəddə tutulu - FOTOLAR

!Reklam – Yazi

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2018-ci ilin birinci 3 ayı ərzində qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində sərhəd nəzarəti və əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsi sayəsində önəmli nəticələr əldə olunub.

DSX-nın Mətbuat Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, İnterpolun axtarışında olan, həmçinin Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən barəsində axtarış elan olunmuş 1344 şəxs dövlət sərhədindən buraxılış məntəqələrində müəyyən edilərək tutulub. Dövlət sərhədindən saxta və özgəsinə məxsus sənədlərlə keçməyə cəhd edən 76 nəfər saxlanılıb, onlardan 29 nəfəri Azərbaycan vətəndaşıdır. 47 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycan ərazisinə gəlmə və ölkə ərazisindən tranzit istifadə etməklə Avropa ölkələrinə səfər etmə cəhdlərinin qarşısı alınıb, gəlişinin məqsədini izah edə bilməyən 101 əcnəbi vətəndaş qanunsuz miqrant olması ehtimal edilərək arzuolunmaz şəxs qismində ölkə ərazisinə buraxılmayıb.

Belə ki, qeyd olunan dövr ərzində dövlət sərhədindən buraxılış məntəqələrində 29 əcnəbinin, o cümlədən 17 nəfər Özbəkistan vətəndaşı, 3 nəfər Tacikistan vətəndaşı, 2 nəfər İran vətəndaşı, 2 nəfər Qırğızıstan vətəndaşı, 2 nəfər Qana vətəndaşı, 1 nəfər Konqo vətəndaşı, 1 nəfər İordaniya vətəndaşı, 1 nəfər Rusiya vətəndaşının sərhədkeçmə sənədlərinin saxta olması müəyyən edilib.

Azərbaycan ərazisindən tranzit istifadə etməklə saxta viza və yaşamaq barədə vəsiqələrlə Avropaya səfər etməyə cəhd edən 18 nəfər əcnəbi, o cümlədən 8 nəfər Şri-Lanka, 3 nəfər Pakistan, 2 nəfər İran, 2 nəfər İraq, 2 nəfər Hindistan, 1 nəfər Konqo vətəndaşı saxlanılıb.

Bu müddət ərzində ölkəyə gəlmək məqsədlərini izah edə bilmədiklərinə görə 27 nəfər Özbəkistan vətəndaşı, 20 nəfər Pakistan vətəndaşı, 18 nəfər Hindistan vətəndaşı, 8 nəfər Şri-Lanka vətəndaşı, 5 nəfər Qırğızıstan vətəndaşı, 4 nəfər İran vətəndaşı, 4 nəfər Tacikistan vətəndaşı, 3 nəfər Banqladeş vətəndaşı, 2 nəfər BƏƏ vətəndaşı, 2 nəfər İraq vətəndaşı, 2 nəfər Əfqanıstan vətəndaşı, 2 nəfər Qana vətəndaşı, 1 nəfər Konqo vətəndaşı, 1 nəfər Səudiyyə Ərəbistanı vətəndaşı, 1 nəfər Suriya vətəndaşı, 1 nəfər Misir vətəndaşı ölkə ərazisinə buraxılmayıb.

www.yenicag.az

3059
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv