!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İnterpress.az saytı 4 yaşını qeyd edir

!Reklam – Yazi

Bu gün “İnterpress media group”un fəaliyyətə başlamasından 4 il ötür.

Yenicag.az xəbər verir ki, Azərbaycan dilində fəaliyyət göstərən interpress.az ötən 4 il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.

İnterpress.az Türkiyə, Rusiya, Gürcüstan, Qərbi və Şərqi Avropada yaşayan həmvətənlilərimizin ən çox oxuduğu xəbər saytlarından biridir.

“İnterpress media group”un əsas veb-resursu olan www.interpress.az saytı ötən dövr ərzində özünü digər mətbuat orqanları üçün etibarlı xəbər mənbəyi kimi təsdiqləyib. İnterpress.az-ın xəbərlərini ölkədə fəaliyyət göstərən yüzlərlə informasiya resursu, o cümlədən televiziya, radio, qəzet və xəbər saytları yayımlayır.

Saytın baş redaktoru Toğrul Allahverdilinin sözlərinə görə, 2018-ci ildə interpress.az-ın türk və rus dillərində olan versiyaları da oxuculara təqdim ediləcək.

“Yeni Çağ” Media Qrupu İnterperss.az saytının kollektivini təbrik edir, onlara yaradıcılıq uğurları və geniş oxucu kütləsi arzulayır.

www.yenicag.az

3576
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv