İntihar cəhdinin qarşısı alındı – Qəbələdə

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qəbələ rayonunda 1 nəfər intihar etmək məqsədilə ikimərtəbəli binanın damına çıxıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Şimal-qərb Regional Mərkəzinin xilasediciləri tərəfindən intihar cəhdinin qarşısı alınıb.

Əməliyyat başa çatıb.