İntihar edən gənc şairin cəsədi tapıldı

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, yanvarın 8-də 1995-ci il təvəllüdlü Cahangirov Məlik Nizaməddin oğlu Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində batıb.

FHN-dən Yenicag.az-a daxil olan məlumata görə, yanvarın 9-da M.Cahangirovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən batdığı yerdən 300 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.