Dünən Ağdaş rayonu ərazisində intihar edən gənclə bağlı bəzi məqamlar üzə çıxıb.
Ağlagəlməz şəkildə intihar edən Mansur nişanlı olub. O, bu gün doğulduğu kənddə dəfn ediləcək.
Rayon ərazisində elektrik avadanlıqlarının təmiri ilə məşğul olan Mansurun hansı səbəbdən intihara əl atması dəqiq bilinməsə də, onun ailəsi ilə münaqişəyə görə özünə qəsd etdiyi ehtimal olunur.
Belə ki, ailə üzvləri onu tərk edib. Buna görə də, Mansur bir müddət Bakıda olub. Dünən isə intihar edib.
Xatırladaq ki, Mansur yüksək sürətlə idarə etdiyi ”VAZ-2107” markalı avtomobili bilərəkdən içərisi mişar daşı ilə dolu olan ”Kamaz”a çırpıb. Qəza nəticəsində Mansur aldığı xəsarətdən dünyasını dəyişib.(criminalaz.com)