İntihar edən Sevilin atasından AÇIQLAMA: “Buraxardım çöl qızı olardı?” – VİDEO

Bir neçə gün əvvəl Xətai rayonunda çoxmərtəbəli binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar edən 20 yaşlı Sevil Atakişiyevanın ailəsi açıqlama verib.

Yenicag.az xəbər verir ki, “Xəzər TV” yə danışan ailə üzvləri Binə qəsəbəsində yaşadıqlarını və Sevilin intihar etdiyi bina ilə heç bir əlaqələri olmadığını deyib.

Ata Samir Atakişiyev qızına qarşı hər hansı şiddət göstərmədiyini və onunla münasibətinin hər zaman yaxşı olduğunu bildirib:

“Mən onu canımdan artıq istəyirdim. Əzazil ata olsaydım, nə instituta qoyardım, nə şəhərə çıxmağa, nə də kimlərləsə dostluq etməyə”.

Xatırladaq ki, S.Atakişiyeva Xətai rayonu Yeremenko küçəsində çoxmərtəbəli binanın 20-ci mərtəbəsindən özünü atıb.

COP29