Gəncədə 32 yaşlı qadın özünü öldürmək məqsədilə Gəncə çayı üzərindəki körpüyə çıxıb.
Yenicag.az xəbər verir, 1990-cı il təvəllüdlü şəhər sakini T.Abdullayeva körpüdən özünü atmaq istəyib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər cəlb olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, ərazidə xidmət aparan Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları dərhal xanımın intihar cəhdinin qarşını alıblar: “Onunla profilaktiki söhbətlər aparılıb və fikrindən vaz keçirilib. İlkin araşdırmalar zamanı xanım yaxın qohumları tərəfindən şantaj olunduğunu, buna görə də intihar etmək istədiyini bildirib. Hazırda şəhər prokurorluğunda araşdırma aparılır”.