!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İntihara cəhd edən iş adamından – Açıqlama

!Reklam – Yazi

8446745ed073a923b0b9d54f4e29Borcu olduğu üçün intihar etdiyi deyilən qadın məsələyə aydınlıq gətirib.

Şəki şəhəri F.X.Xoyski küçəsi, ev 7 ünvanında yaşayan iş adamı Aytən Mahmudova “Qafqazinfo” ilə əlaqə saxlayaraq bildirib ki, onun heç kimə borcu olmayıb: “Mənim intihar etməyimə səbəb rəfiqəmin mənə olan borcunu qaytarmamasıdır. Neçə illərdir dostluq etdiyim Aynur Məmmədova ilə əri Rahim Məmmədov birlikdə mənə qarşı dələduzluq ediblər. Mən onlara etibar edib satmaq üçün təxminən 40 min dollarlıq dəyəri olan qızıl-zinət əşyları verdim. Bir ilə yaxın vaxt keçib, amma nə pulu qaytarırlar, nə də ortada qızıl var. Mən də daha dözə bilmədim, özümü öldürmək istədim. Həkimlərin sayəsində sağ qaldım”.

Aytən Mahmudova bildirib ki, məsələ ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi açılıb: “Dünən onun yoldaşı Rahim Məmmədov prokurorluğa gəlib deyir ki, yoldaşım hadisəni eşidəndən sonra xəstələnib, ifadə verməyə gələ bilmir. Mənim onlara qarşı bir qərəzim yoxdu. Pulumu, ya da qızıllarımı qaytarsınlar, barışaq. Onların tutulmağını istəmirəm”.

Xatırladaq ki, A. Mahmudova noyabrın 4-də intihara cəhd edib. Bu məqsədlə o bir neçə müxtəlif adda dərman həbi qəbul edib. Report.az-ın yaydığı xəbərdə qadının xeyli miqdarda borcu olduğu üçün intihara cəhd etdiyi bildirilirdi.

Yenicag.az

www.yenicag.az

598
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv