Bakıda 17 gün əvvəl özünü asaraq intihara cəhd edən qadın xəstəxanada ölüb.
Xəzər rayon Polis İdarəsindən verilən məlumata görə, 1965-ci il təvəllüdlü Almaz Məcid qızı Məcidova xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, A. Məcidova sentyabrın 11-də Xəzər rayonu, Zirə qəsəbəsində yaşadığı evin həyətindəki tikilidə özünü asıb. O, son anda ailə üzvləri tərəfindən xilas edilərək xəstəxanaya yerləşdirilib(APA).