Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

İntihara cəhd etdi, ancaq həkim qurbanı oldu? - Şok video

Xəbər verdiyimiz kimi, Bakının 162 saylı orta məktəbinin rus bölməsinin 8-ci sinif şagirdi Elina adlı qız özünü həmin məktəbin 3-cü mərtəbəsindən atıb.

Ağır xəsarətlər alan məktəbli qız təcili Kliniki Tibbi Mərkəzə (keçmiş Semaşko) çatdırılıb.

Məktəbli qızın yaxınlarının verdiyi məlumata görə, ona xəstəxanada heç bir tibbi yardım göstərməyiblər. Əksinə bir sutka onun ağır vəziyyətdə olduğunu yaxınlarından gizlədiblər. Nəticədə isə qızcığaz bir sutka sonra həmin xəstəxanada dünyasını dəyişib.

Məlumatda bildirilir ki, məktəbdə bir qrup sinif yoldaşı mütamədi olaraq Elinaya “lesbiyanka”, “peysər” deyə onu təhqir edirmişlər. Buna dözə bilməyən qız sonda intihar etməyə qərar verib və özünü məktəbin 3-cü mərtəbəsindən atıb.

Elinanın yaxınları onun öldüyü palatadan çəkilmiş videonu sosial şəbəkə paylaşıblar.

Yenicag.az xəstəxanadan olan video görüntünü təqdim edir:

 

 

www.yenicag.az

14600