İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarına intizamsızlığa görə cəza verib.
Yenicag.az PFL-in rəsmi saytına istinadla xəbər verir ki, Misli Premyer Liqasında XXXII turun “Neftçi” – “Turan Tovuz” oyununda FHN maşını təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Neftçi” klubu 1000 manat cərimə ödəməli olacaq. Əlavə olaraq görüş bitdikdən sonra futbolçuların avtobusa rahat daxil olmasına şərait yaradılmadığına görə isə 500 manat cərimə təyin edilib.
“Turan Tovuz” azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Turan Tovuz” klubu 1000 manat cərimə ödəməli olacaq.
Qeyd edək ki, Neftçi” – “Turan Tovuz” oyununun 63-cü dəqiqəsində “Turan Tovuz” klubunun 6 nömrəli futbolçusu Bruno Qonçalves təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün iki oyun şərti olmaqla dördoyunluq cəza alıb. Klub isə 3000 manat cərimələnib.